Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

59 yaşlı Demi Mur onunla sevgilidir - FOTO

59 yaşlı Demi Mur onunla sevgilidir - FOTO

Tarix: 1 Aprel 2022 19:40

Hollivud ulduzu Demi Murun gizli sevgilisinin kimliyi ortaya çıxıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, 59 yaşlı aktrisa özündən 13 yaş kiçik məşhur aşpaz Daniel Hammla münasibətdədir və bunu gizli saxlamağa çalışırlar. Bildirilib ki, cütlük arasında münasibət artıq bir neçə aydır davam edir. Onlar bu yaxınlarda Parisdə birlikdə görüntülənib.

Qeyd edək ki, Demi Mur ilk dəfə 18 yaşında Freddi Murla ailə həyatı qurub. 4 il davam edən evliliyin ardından boşanıb. 1987-ci ildə Brüs Uillisə ərə gedən aktrisanın bu evliyi isə 3 il davam edir. O, daha sonra 2005-ci ildə özündən 15 yaş kiçik olan Eşton Katçer ilə ailə qurur. Qalmaqallı davam edən 3 illik məhkəmə prosesinin ardından onlar 2013-cü ildə rəsmən boşanırlar.

Murun ümumilikdə 4 övladı var.

Milli.Az


Etiketlər:  yaşlı Demi onunla sevgilidir FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ