Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mətanət İsgəndərlidən qeyri-adi addım - Hər ay bu qadına 130 manat pul verəcək - VİDEO

Mətanət İsgəndərlidən qeyri-adi addım - Hər ay bu qadına 130 manat pul verəcək - VİDEO

Tarix: 1 Aprel 2022 20:15

Əməkdar artist Mətanət İsgəndərli xeyirxah addım atıb. 

Sonxeber.net BAKU.WS-ə istinadən xəbər verir ki, sənətçi "Bizimləsən" verilişinə gəlib yardım istəyən Mədinə adlı xanıma hər ay 130 AZN pul verəcəyini bildirib. 

Onun bu addımı zaldakı tamaşaçılar, o cümlədən proqramın aparıcısı Zaur Baxşəliyev tərəfindən rəğbətlə qarşılanıb. 

Qeyd edək ki, Mədinənin atası ilə anası onu kiçik yaşlarında uşaq evinə atıblar. O, 11 yaşında təcavüzə məruz qalıb. Nəticədə hamilə qalan Mədinə 11 yaşında uşaq dünyaya gətirib.

Daha sonra qadın alverinin qurbanı olub, aldadılaraq Türkiyəyə aparılıb, həyatda daha ağır və çətin günlər yaşayıb. Buna baxmayaraq o, övladlarını atmayıb.

Ətraflı videoda:


Etiketlər:  Mətanət İsgəndərlidən qeyri addım Hər qadına manat verəcək VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ