Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Aprel 2022 21:14
Bu bazar günü Macarıstanda uşaqların müdafiəsi məsələsi üzrə referendum keçiriləcək. Referendumdan məqsəd uşaqların məktəblərdə gender təhsili məsələsinə və hökumət tərəfindən müəyyən qoruyucu mexanizmlərin tətbiqinə ölkə əhalisinin münasibətinin araşdırılmasıdır.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Macarıstanın Baş naziri Viktor Orban bu gün ölkənin MTI agentliyinə müsahibəsində macarları düzgün seçim etməyə və Corc Sorosun sponsorluq etdiyi qüvvələrin təbliğatına uymamağa çağırıb. O qeyd edib ki, Qərbi Avropada "insan hüquqları üzrə qruplar" arasında güclü təbliğat fəaliyyəti aparan sorosçu təşkilatlar da mövcuddur.
Baş nazir referenduma gələn macarların ənənəvi ailə dəyərlərini qiymətləndirəcəyinə və hökumətin uşaqları müəyyən gender qüvvələrinin təsirindən müdafiə etməyə çağıran qoruyucu tədbirlərini dəstəkləyəcəklərinə ümidvar olduğunu bildirib.