Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Aprel 2022 21:26
Bolqarıstan Rusiyanın Sofiyadakı səfirliyinin birinci katibini persona non-qrata (arzuolunmaz şəxs) elan edib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə səfirin müşaviri Filip Voskresenski məlumat verib.
"Cümə günü axşam məni Bolqarıstan Xarici İşlər Nazirliyinə çağırdılar.
Diplomatik missiyamızın birinci katibinin persona-non-qrata elan edilməsi barədə nota aldım. Diplomata ölkəni tərk etmək üçün 72 saat vaxt verilib", - deyə mənbə bildirib.