Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Real” yeni antirekordun bir addımlığında

“Real” yeni antirekordun bir addımlığında

Tarix: 30 Aprel 2019 16:20

"Real" La Liqanın bitməyinə 3 tur qalmış çempionluğunu rəsmiləşdirən “Barselona”dan 18 xal geridə qalmaqla La Liqadakı antirekordunu yeniləyə bilər.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı məlumata görə, bu, Madrid təmsilçisi ilə Kataloniya klubu arasındakı hazırkı xal fərqini azaltmayacağı təqdirdə gerçəkləşəcək. İndiyə qədər “Kral klubu” ilə “Barsa” arasındakı ən böyük fərq 17 xal olub. Bu nəticə 1984-85, 1995-96 və 2017-18-ci illər mövsümündə qeydə alınıb.

Qeyd edək ki, “Real” La Liqanın turnir cədvəlində 65 xalla 3-cü pillədə qərarlaşıb.

 


Etiketlər:  Real yeni antirekordun addımlığında


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ