Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukraynada “V” və “Z” simvollarının istifadəsi qanunla qadağan edildi

Ukraynada “V” və “Z” simvollarının istifadəsi qanunla qadağan edildi

Tarix: 2 Aprel 2022 09:08

Ukrayna Ali Radası ölkədə "V" və "Z" simvollarının istifadəsini qadağan edən qanun layihəsini qəbul edib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bundan əlavə, Rusiya Federasiyası Ukraynada "terrorçu ölkə" kimi qəbul ediləcək.

Bu barədə məlumat Ukraynanın hakim "Xalqın xidmətçisi" partiyasının saytında dərc olunub.

Qeyd edək ki, Ukrayna hökuməti hələ 2015-ci ildən Rusiya Federasiyasını rəsmi olaraq təcavüzkar ölkə kimi tanıyıb.

Məlumat üçün əlavə edək ki, Rusiya Müdafiə Nazirliyinin rəsmi  "Instagram" səhifəsində "Z" və "V" hərflərinin mənası aşağıdakı kimi təqdim olunub:

"Z" - "Za pobedu" (Qələbə üçün);

"V" - "Sila v pravde" (Güc həqiqətdədir)


Etiketlər:  Ukraynada simvollarının istifadəsi qanunla qadağan edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ