Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Aprel 2022 17:50
Belarus və Rusiya ittifaq quruculuğunda böyük addım atıblar, lakin sanksiyalardan daha güclü olmaq üçün inteqrasiyanı genişləndirir və dərinləşdirirlər.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko xalqların birliyi günü münasibətilə belarusları və rusları təbrik edərkən deyib.
"Sanksiyalardan daha güclü olmaq üçün biz Belarus və Rusiya arasında inteqrasiyanı genişləndirir və dərinləşdiririk. İrəliyə böyük bir addım atılıb - genişmiqyaslı müttəfiq proqramlar paketi qəbul edilib, demək olar ki, qardaş xalqlar arasında bərabər iqtisadi və ticarət şəraiti təmin edilib", - Belarus Prezidenti vurğulayıb.
Lukaşenko qeyd edib ki, bu bayram iki xalqın sarsılmaz qardaşlığını simvollaşdırır.
Onun sözlərinə görə, azadlıqsevər belaruslar və ruslar, onların möhkəmliyi və quruculuq səyləri İttifaq dövlətini digər xalqlar üçün nümunəyə çevirir.