Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qarabağda erməni əsgərlər üçün oxuyan Çiçerina: “Donbas Rusiyaya birləşdirilməlidir” - VİDEO

Qarabağda erməni əsgərlər üçün oxuyan Çiçerina: “Donbas Rusiyaya birləşdirilməlidir” - VİDEO

Tarix: 3 Aprel 2022 10:54

Rok müğənnisi və bəstəkar Yuliya Çiçerina Donbasın "azad edilmiş" şəhərlərinin Rusiyaya birləşdiriləcəyinə ümid etdiyini bildirib.

Milli.Az Teleqraf.com-a istinadən xəbər verir ki, müğənni bu barədə RİA-Novosti-yə açıqlamasında deyib.

"Ümid edirəm ki, işğaldan azad edilmiş şəhərlər mənim yaşamaq istədiyim böyük Rusiyanın bir hissəsi olacaq. Mən taleyimi və gələcəyimi respublikalarla bölüşmək üçün DXR və LXR-dən pasportlar almışam", - deyə o bildirib.

Qeyd edək ki, Y.Çiçerina 44 günlük Vətən müharibəsinin ilk həftələrində Qarabağa gəlmiş, burada hərbi forma geyinərək ermənilərə dəstək vermiş, özünün Azərbaycan tərəfdən atəşə məruz qalması barədə yalan məlumatlar yaymışdı. O, həmçinin Qarabağdakı erməni əsgərlərin döyüş ruhunu qaldırmaq üçün onlar üçün oxumuşdu.

Milli.Az


Etiketlər:  Qarabağda erməni əsgərlər üçün oxuyan Çiçerina Donbas Rusiyaya birləşdirilməlidir VİDEO


RƏYLƏR