Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Aprel 2022 02:48
Ukraynada daha bir futbolçu Rusiya ilə müharibədə həlak olub.
Sonxeber.net "Ukrinform"a istinadən xəbər verir ki, "Çayka"nın sabiq hücumçusu Aleksandr Suxenkonun meyiti Kiyev vilayətində meşədə tapılıb.
25 yaşlı forvard ilə birlikdə valideynləri də öldürülüb.
Qeyd edək ki, daha əvvəl "Krivbas" klubunun sabiq futbolçusu Volodimir Kolesnik, "Qostomel"dən Dmitri Martinenko, "Karpati" (Lvov) komandasından Vitali Sapilo və "Sluç" klubunun oyunçusu Boqdan Semençuk müharibədə həlak olub.