Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiyalı əsgərlər Ukrayna qənimətlərini Belarusda satırlar

Rusiyalı əsgərlər Ukrayna qənimətlərini Belarusda satırlar

Tarix: 4 Aprel 2022 20:32

Ukraynadan qayıdan, yaxud yerdəyişmə edən rusiyalı əsgərlər talan elədiklərini cənubdakı sərhəd rayonlarda belaruslulara satırlar.

Milli.Az xəbər verir ki, bu haqda Azadlıq Radiosu-nun Belarus xidməti çoxsaylı yerli sakinlərin dediklərini əsasən xəbər verir. Rusiya Belarusun cənub-şərqi Qomel regionundan Ukraynaya əsgər göndərmək üçün istifadə edib. Bunun isə belarusluların həyatına təsir göstərdiyi bildirilir. Ötən ay Qomel şəhəri sakinləri müharibədə öldürülən rusiyalı əsgərlərin cəsədlərinin morqları doldurduğunu deyirdi.

Qomeldəki Mazır şəhərindən bir kişi səmanın Rusiya təyyarə və vertolyotları ilə dolduğunu, rus əsgərlərinin yerli sakinlərə bəzi mallar satdığını deyir.

"Ukraynadan talan etdikləri qənimətləri yerlilərə satmağa çalışırlar. Soyuducular, məişət əşyaları, şinlər, əllərinə nə keçibsə..." - özünü İlya kimi təqdim edən şəxs radioya deyib.

Mazırın digər sakini isə deyir ki, böyük sayda rusiyalı əsgərlər barlara, mağazalara dolur, adamları əhatəyə alır, qısnayır. Özünü Maksim kimi təqdim edən bu şəxsin sözlərinə görə, uzun saçı olan kişi tanışı əsgərlərin təzyiqinə məruz qalıb. Əsgərlərin ya Rusiyanın mərkəzindən, ya da uzaq Sibirdən olduğu bildirilir. "Həm də onlardan pis iy gəlir. Mağazaya gedəndə iydən bilirsən ki, ordadırlar. Məncə, heç yuyunmurlar. Komandirləri normal şəraitdə yaşayır... Əsgərlər meşədə, çadırda, hətta anbarlarda qalırlar", - Maksim söyləyib.

Milli.Az


Etiketlər:  Rusiyalı əsgərlər Ukrayna qənimətlərini Belarusda satırlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ