Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Visla”dan Krivotsyuksuz qələbə

“Visla”dan Krivotsyuksuz qələbə

Tarix: 4 Aprel 2022 23:48

Futbol üzrə Polşa çempionatında 27-ci turun oyunları keçirilib. Milli.Az matc.az-a istinadən bildirir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi "Visla" (Plotsk) da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda "Qurnik" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 3:2.
 
Krivotsyuk bu görüşün iştirakçısı olmayıb. Onun adı iştirak ərizəsinə də daxil edilməyib.
 
"Visla" 27 turdan sonra 39 xalla 18 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.

Milli.Az


Etiketlər:  Visladan Krivotsyuksuz qələbə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ