Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''400 minlik toy edən şəxsin qızı əlbəttə, gecə barlarda yatmalıdır'' - Hafiz Hacıyev

''400 minlik toy edən şəxsin qızı əlbəttə, gecə barlarda yatmalıdır'' - Hafiz Hacıyev

Tarix: 5 Aprel 2022 09:18

"Övladına 400 minlik toy edən məmurun qızı, əlbəttə, gecə barlarda yatmalıdır..."

Sonxeber.net yenisabah.az-a istinadən xəbər verir ki, bu sözləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. Bakıda gecə saatlarında "Location" klubda baş verən partlayış barədə danışan Hacıyev bunun cəmiyyətdə qıcıq yaratdığını deyib:

"Əlbəttə, bu partlayış hamımızı üzür. Orada yaralananlar var. Hər halda Azərbaycanda bu tip gecə klublarının olması birmənalı qarşılanmır, hətta ora başqa cür də müraciət edirlər. Orada ancaq varlılar ola bilər, sizin, bizim kimi kasıblar heç çörək almağa pul tapmırıq. Ona görə də bu cür yerlərdə məmur təbəqəsinin övladları daha çox olur, gecələr evlərinə yığılmırlar, ən pozğun insanların hamısı elə yerlərdə toplaşır".

Gecə klubunda yaralananların arasında sabiq məmur övladlarının da olmasına diqqət çəkən siyasətçi belə deyib:

"Onların hamısı harınlamış insanlar, onların ailələrinin övladlarıdır. Gecə saat 3-də gedib barda oturur, başqa işlərlə, narkomaniya ilə məşğul olurlar, getdikləri barlarda nəşə çəkirlər. Bu çox ciddi məsələdir. Azərbaycanda siyasi sabitliyi pozmaq istəyən güclər var, onlar əldə milyardları olan varlılardır, Azərbaycanın pulunu sümürüb-talayan məmur övladlarıdır. Arxa tərəfdə göstəriş verirlər ki, vəziyyəti gərginləşdirək, ölkədə qarşıqlıq düşsün. Belə bir vəziyyətdir. Bu vəziyyətdən çıxmaq üçün də yenə millətimizin birliyi lazımdır.

Kasıb təbəqə nə etməlidir? Onlar görür ki, Azərbaycan xalqının varını-dövlətini sümürənlər bir hissəsini xaricdə xərcləyir, bir hissəsini də bu cür gecə barlarında səpələyir. Buna görə onlarda qıcıq yaranır. Bu partlayış təbii ki, xoşagələn hal deyil, biz bundan üzülürük, amma ələxüsus da Ramazan ayının girdiyi gündə gecə saat 3-də o bar niyə açıq olmalıdır?! Ümumiyyətlə, məmur təbəqəsi, onların xanımları, övladları Azərbaycanda sabitliyin pozulması üçün əlindən gələni edirlər. Mən buna çox pis baxıram. Gəlin, hamımız ölkə prezidentinə kömək edək ki, ölkədə siyasi sabitlik nəzarətdən çıxmasın. Hər halda, bu barədə yoxlamalar gedir, prokurorluq müəyyən açıqlamalar verib, lakin düşünürəm ki, nə qədər ki, Azərbaycanda harınlamış təbəqə var, bununla məsələ bitməyəcək.

Övladına 400 minlik toy edən məmurun qızı, əlbəttə, gecə barlarda yatmalıdır. Hamısı belədir".

Onun sözlərinə görə, dövlət idarələrində çalışan məmurların var-dövləti əllərindən alınmalıdır:

"Dövlət idarələrində işləyənlərin əllərində nə varsa, maaşları istisna olmaqla alınmalıdır. Bu zaman sabitlik olacaq. Bu olmasa mümkün deyil, yalandan "Hər şey əladır" deməklə olmur, bilirik ki, elə deyil. Bu da kasıb xalqda qıcıq yaradır. Millətin bir hissəsi acdır, şəhid ailələrinin durumu ağırdır. Qazilərimiz yeməyə çörək tapmırlar, bəzi məmurların övladları da gecə barlarda xarici vətəndaşlarla eyş-işrət yaşayırlar. Buna qarşı ciddi tədbir görülməlidir".


Etiketlər:  minlik edən şəxsin qızı əlbəttə gecə barlarda yatmalıdır Hafiz Hacıyev


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ