Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Aprel 2022 10:42
Ağcabədidə "Asan xidmət"in əməkdaşını qaçıran şəxs həbs olunub.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Sonxeber.net-a bildirilib ki, Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində mart ayının 7-də Ağcabədi rayonu ərazisində qohumu T.İbrahimovanı qaçırmaqda şübhəli bilinən Qeis Cabbarov saxlanılıb.
Laçın RPŞ-də Q.Cabbarov barəsində Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.