Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Aprel 2022 21:00
Ukrayna Prezidenti Volodimir Zelenski BMT Təhlükəsizlik Şurasında (TŞ) Rusiyanın üzvlüyünə xitam verməyə, yaxud öz-özünü buraxmağa çağırıb.
Sonxeber.net report-a istinadən bildirir ki, bu təşəbbüsü dövlət başçısı BMT TŞ-ə videomüraciətində irəli sürüb.
"Hazırda BMT Təhlükəsizlik Şurası Ukraynada sülhü bərpa etməyə yönələn qərar verməlidir. Belə qərarı verə bilmirsinizsə, onda qalır iki yol: ya Rusiyanı işğalçı dövlət qurumdan xaric edirsiniz, təhlükəsizlik sistemində islahat aparırsınız, ya da başqa alternativ tapılmasa, bu qurumun özünə xitam verirsiniz", - Ukrayna lideri vurğulayıb.