Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ukraynada kimyəvi gübrələr qrunt sularına düşdü: Vətəndaşlara müraciət olunub

Ukraynada kimyəvi gübrələr qrunt sularına düşdü: Vətəndaşlara müraciət olunub

Tarix: 6 Aprel 2022 10:54

Ternopol vilayətində Ukrayna ordusu tərəfindən zərərsizləşdirilən raketin bir hissəsi mineral gübrə anbarı saxlanılan yerə düşüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, nəticədə ammonyak tərkibli gübrə olan konteyner zədələnib.

Bu barədə Ternopol Regional Hərbi İdarəsinin rəhbəri Volodimir Truş məlumat verib.

O qeyd edib ki, kimyəvi gübrələr qrunt sularına düşüb.

"Yerli sakinlərdən quyulardan içməli suyun istifadəsini müvəqqəti məhdudlaşdırmaq xahiş olunur. Ekoloqlar 3-4 günə vəziyyətin normallaşacağını bildirirlər", - Volodimir Truş qeyd edib.

Milli.Az


Etiketlər:  Ukraynada kimyəvi gübrələr qrunt sularına düşdü Vətəndaşlara müraciət olunub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ