Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avropa çempionluğu Rusiyadan alınıb Azərbaycana verildi

Avropa çempionluğu Rusiyadan alınıb Azərbaycana verildi

Tarix: 6 Aprel 2022 14:36

Dünya Güləş Birliyi 2017-ci il Avropa çempionluğunu sərbəst güləş üzrə Rusiya millisindən alaraq, Azərbaycana verib.

Bu barədə Sonxeber.net-a Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, qərar bir müddət öncə verilib: "Rusiyanın 97 kq çəki dərəcəsində mübarizə aparan idmançısı Anzor Boltukayev dopinqə yaxalandığı üçün bu cür qərar verilib. Komandanın hesabından 9 xal silinib və çempionluq Azərbaycana verilib". 

Qeyd edək ki, Serbiyanın Novi Sad şəhərində keçirilən turnirdə komandanmızın baş məşqçisi Firdovsi Umudov olub. 


Etiketlər:  Avropa çempionluğu Rusiyadan alınıb Azərbaycana verildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ