Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Aprel 2022 16:15
ARB TV-nin "Onun Sirri" verilişinin növbəti qonağı müğənni Zenfira İbrahimova olub.
Sonxeber.net xəbər verir ki, o anasını sağaltması üçün həkimə evin açarlarını təklif etməsindən danışıb:
"2 ildir ki, pandemiyadan hər birimiz əziyyət çəkirdik. Onu qorumağa çalışırdım. Həm şəkəri, həm təzyiqi var idi. Xəstəliyə qarşı həssas idi. Bu xəstəlikdən çox yaxınlarımızı, məşhurları itirdik, qorxurdum. Gəlib görəndə ki, anamda narahatlıq var, dərhal müalicə etdirmək istədim. Dedi ki, sən burda olmayanda mən müalicə almışam. Həyat yoldaşım görüb ki, narahatlığı var, deyib həkimə aparaq, razılaşmayıb. Anar evdə şprislər görüb mənə zəng vurdu. Anamla danışdım, yenə təkzib etdi. Ayın 15-i Moskvaya toya gedirdim, Anar zəng vurdu ki, ananın halı pisləşdi, istəyirəm xəstəxanaya aparım. Anam gedəndə qızıma deyib ki, mən bilirəm ki, o xəstəxanaya getsəm, bu dünyada olmayacağam. Bakıya gəldim. Mənə bir həkimi məsləhət gördülər. Dedim ki, namusumdan başqa hər şeyimdən keçərəm. Həkimə evin açarlarını təklif etdim, ancaq alınmadı. Oktyabrın 15-dən xəstəxanaya yerləşdirildi, noyabrın 3-ü dünyasını dəyişdi".