Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Aprel 2022 22:40
Monteneqroda məktəblərdə, bazarlarda, ticarət mərkəzlərində və idman zallarında qoruyucu maskalardan istifadə tələbi ləğv olunur.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Monteneqronun səhiyyə naziri Yelena Boroviniç Boyoviç deyib.
Nazir qeyd edib ki, yeni qaydalar aprelin 7-dən qüvvədə olacaq. Səhiyyə müəssisələrində və ictimai nəqliyyatda maska taxmaq öhdəliyi isə davam edəcək.
O bildirib ki, ölkədə COVID-19-la bağlı epidemioloji vəziyyət sabitdir.