Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiyada dollar 100 rubl səviyyəsində proqnozlaşdırılır

Rusiyada dollar 100 rubl səviyyəsində proqnozlaşdırılır

Tarix: 6 Aprel 2022 23:26

İlin sonuna kimi Rusiyada dollar 100 rubl səviyyəsində proqnozlaşdırılır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "SberCIB Investment Research" analitika mərkəzinin araşdırmasına görə, ilin sonunadək dolların məzənnəsi 100 rubl, ən yaxşı halda isə 85-90 rubl ola bilər. Analitiklərin fikrincə, son ayda rublun möhkəmlənməsi xaricə 10 min dollardan artıq məbləğin köçürülməsinə, qeyri-rezidentlərin fond bazarında iştirakına qadağalar qoyulması və digər amillərlə bağlıdır. Bundan əlavə, xarici şirkətlərin məhdudiyyətlər tətbiq etməsi və logistikanın pozulmasına görə hazırda Rusiyadan ixrac xeyli dərəcədə aşağıdır.

Mərkəzin araşdırmasına görə, yaxın aylarda inflyasiyanın artacağı gözlənilir və bu da rublun xeyrinə olmayacaq.

Əgər ixracatçılar logistik zənciri sürətlə bərpa edə bilsələr, inflyasiya daha sürətlə azalsa, orta illik məzənnə 85-90 rubl civarında qala bilər.

Milli.Az


Etiketlər:  Rusiyada dollar 100 rubl səviyyəsində proqnozlaşdırılır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ