Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Aprel 2022 13:15
Xalq artisti Brilliant Dadaşova sosial şəbəkədəki paylaşımla diqqət çəkib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, müğənni bir neçə gündür instaqramda hekayə bölümündə atmacalı sözlər yazıb. Ötən gün isə Dadaşova daha bir paylaşım edib.
"Bu gün biri ölüb, mən kiminsə ölümünə sevinənlərə təəccüb edirəm. Əsla sevinmirəm. Sadəcə, onun şeytanın qardaşı olduğunu bilirəm. Bir şeyə heyfslənirəm. Onu həyatda görüb iki kəlimə deyəcəkdim. Üzünə tüpürəcəkdim. Gecikdim, bax buna üzülürəm" deyə, ifaçı yazıb.
Qeyd edək ki, Dadaşovanın bu sözləri "Location" klubda baş verən partlayışa aid etdiyi ehtimal olunur. Belə ki, ötən gün klubda yaralananlardan biri - Fərqanə Eynullayeva dünyasını dəyişib. O, və digər yaralananlar sosial şəbəkədə günlərdi tənqid hədəfinə çevrilib.