Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Aparıcı fotoşopdan özünü tanımadı

Aparıcı fotoşopdan özünü tanımadı

Tarix: 7 Aprel 2022 19:15

Türkiyəli aparıcı Seren Serengil ötən gün 51 yaşını yaxın dostları ilə qeyd edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, həmin gündən olan şəkillərini instaqram hesabında paylaşan Seren isə növbəti dəfə fotoşop qurbanı olub. Belə ki, Serenlə birgə kadrda yer alan müğənni Demet Akalınla aparıcı Ece Erken də tanınmaz hala düşüb. Hətta fotonu görən Demet "Bu, mənəm?" deyə sual ünvanlayıb. 

Bundan başqa fotolara tətbiq etdiyi filtrə görə izləyicilər Sereni lağa qoyub. Onun ünvanına "Üzünüzə nə olub, Demeti tanıya bilmədim", "Üzr istəyirəm, şəkildəkilər kimdir, tanıya bilmədim", "Fotoşopdan Demetlə Eceni tanıya bilmədim, Serənin onsuz real halını unutmuşuq", "Demet Adriana Lima olub", "Seren hamını özünə bənzədib" kimi şərhlər gəlib.

Milli.Az


Etiketlər:  Aparıcı fotoşopdan özünü tanımadı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ