Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yupiterin 3 peyki araşdırilacaq

Yupiterin 3 peyki araşdırilacaq

Tarix: 7 Aprel 2022 23:36

1 ildən sonra hamı Avropa Kosmik Agentliyinin (EKA) JUpiter ICy moons Explorer (JUICE) adlı kosmik aparatından danışacaq. Sözügedən kosmik aparatın iştirak edəcəyi unikal missiya çərçivəsində alimlər Yupiter planetinin 3 peykini detallı şəkildə araşdıra biləcəklər. Söhbət, Avropa, Kallisto və Qanimed peyklərindən gedir. Lakin missiyanın maraqlı tərəfi ondan barətdir ki, JUICE aparatı Qanimedin orbitinə yönələcək və onu yaxından incələyəcək. EKA-nın planlarına əsasən yeni kosmik aparat Ariane 5 raketi vasitəsilə gələn ilin aprel ayında kosmosa göndəriləcək. 2031-ci ildə isə o, Yupiterə çatacaq və nəticədə Avropanın Yupiter sisteminə çatmışı ilk kosmik aparatı olacaq. Daha sonra JUICE aparatı 3.5 il ərzində Yupiterin 3 peykinin araşdırılması missiyası ilə məşğul olacaq.

Aparat Kallisto ilə Avropanı yalnız onlardan yan uçuş zamanı incələyəcək. 2032-ci ilin sentyabr ayında isə aparat Qanimed peykinin orbitinə daxil olacaq və onun detallı araşdırılmasını reallaşdıracaq. Qanimed sözügedən missiyada daha çox diqqət əldə edəcək obyekt olacaq. Güman olunur ki, bu peykin buzlaqlardan ibarət örtüyünün 100 km-lik dərinliyində maye halında okean mövcuddur. JUICE aparatı isə öz növbəsində hər 3 peykdə yeraltı okeanı aşkar etməlidir. Lakin aparatın məhz Qanimedin orbitinə daxil olacağını nəzərə alsaq, onun bu peyki daha detallı şəkildə araşdırması gözləniləndir. Qanimedin maqnit sahələrinə sahib olması onun daxilində dəmir tərkibli nüvənin mövcud olduğuna işarə edir. Həmin nüvə isə metal komponentlər ilə əhatə edilib. Yer kürəsinin nüvəsində olan həmin metal komponentlər maqnit sahələrini yaradırlar.

Milli.Az


Etiketlər:  Yupiterin 3 peyki araşdırilacaq


RƏYLƏR