Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Aprel 2022 11:45
Dünyaca məşhur aktyor Alen Delonun İsveçrədə evtanizasiya etdirərək öldüyü iddia edilib.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, 86 yaşlı aktyorun vəfat etməsi xəbəri bütün dünyada səs-küyə səbəb olub.
Bir neçə gün öncə xəstəliklərlə "boğuşmaq" istəmədiyini, əlil bir yaşlı adam olmaq əvəzinə, evtanizasiya etdirərək həyatına son vermək istədiyini açıqlayan sənətçinin oğlu atasının ölüm xəbəri ilə bağlı açıqlama verib.
Alen Fabien Delon İnstaqramda yazdığı açıqlamada iddiaların gerçək olmadığını bildirib:
"Sizə buna jurnalistlik deyirsiz? Yalan xəbərdir!".
Qeyd edək ki, 8 noyabr 1935-ci ildə dünyaya gələn Alen Delon 1960-70-ci illərin seks simvolu sayılır. Onlarla filmdə rol alan aktyor Avropanın ən önəmli aktyorlarından biridir.
2002-ci ildə ağır depressiya keçirən sənətçi intihara cəhd etsə də, onun istəyi baş tutmayıb. Ötən günlərdə isə evtanizasiya istəyi ilə gündəmə gəlib.
Onu da bildirək ki, evtanizasiya - bir canlının həyatının dayanılmayacaq qədər ağır olması səbəbilə, ağrısız və ya çox az ağrı ilə ölümcül inyeksiya edərək, yüksək dozada dərman verərək, yaxud həmin şəxsi həyata bağlayan aparatdan ayıraraq vəfat etməsinə dəstək verməkdir.