Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Həyat yoldaşımı bağışladım'' - Fərqanə Qasımova

''Həyat yoldaşımı bağışladım'' - Fərqanə Qasımova

Tarix: 8 Aprel 2022 14:35

"Bilirdim ki, tez qayınana olacam. Çünki ilk övladım qızdır. Qızlar tez ailə qurduğu üçün buna şansım var idi. Qızımın və Ümidin ailə qurmasında böyüklərin əli yoxdur. Bu, cavanların özlərinin bir-birinə olan baxışlarından və ünsiyyətdən olan münasibət olub. Biz də onların izdivac fikrinə "yox" demədik. Alim Qasımovun ilk nəvəsinin toyu idi. Bir də Fatimə ailəmizin sevimlisidir. Ona görə sevinirdik".

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Fərqanə Qasımova rejissor Nail Naiboğlunun "Qırmızı" yutub layihəsində açıqlama verərkən deyib. Xanəndə qızı Fatimənin Xalq artisti Natiq Şirinovun oğlu Ümidlə ailə qurmasından danışıb. 

F.Qasımova "Natiq Şirinov necə qudadır" sualına "Allah bu sevinci nə bizə, nə oğlan evinə çox görsün. Əsas odur ki, Natiq Şirinov evinə gələn o qızı, gəlini öz övladı kimi sevir" cavabını verib. 

Xanəndə tezliklə nən olmağı arzuladığını da gizlətməyib. 

"Fərqanə Qasımova həyat yoldaşını bağışlayıb" sualına ifaçı "Hə" reaksiyasını verib. 

Qeyd edək ki, F.Qasımovanın həyat yoldaşı Elnur Mövlamov həbs edilib. O, Cinayət Məcəlləsinin 180.2.4 (Soyğunçuluq) və 178.3.2 (Dələduzluq) maddəsi ilə təqsirli bilinir. İş üzrə zərərçəkmiş qismində Alim Qasımovun həyat yoldaşı Tamilla Aslanova və qızı Fərqanə Qasımovanın produseri Rəşadət Fərzəliyev tanınıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elnur Mövlamova 9 il həbs cəzası verilib.  Xalq artisti Alim Qasımovun evindən pul və qızıl-zinət əşyalarını oğurladığına görə həbs edilən kürəkəni Elnur Mövlamov Bakı Apellyasiya Məhkəməsinə şikayət edib. Onun həbs müddəti bir il azaldılaraq 8 ilə endirilib.

F.Qasımova bir neçə il bundan əvvəl rəsmi olmasa da, həyat yoldaşından ayrılıb.


Etiketlər:  Həyat yoldaşımı bağışladım Fərqanə Qasımova


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ