Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukraynada dəfndə himnimizi səsləndirilən hərbçinin adı açıqlandı - FOTO

Ukraynada dəfndə himnimizi səsləndirilən hərbçinin adı açıqlandı - FOTO

Tarix: 8 Aprel 2022 19:42

Ukraynanın ərazi bütövlüyünü qoruyarkən həlak olan, dəfn mərasimində Ukrayna dilində Azərbaycan Himni səsləndirilən soydaşımızın kimliyi məlum olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, "Karpat Seçi" könüllü batalyonu məlumat yayıb. Məlumatda bildirilir ki, həmin şəxs 1993-cü il təvəllüdlü Elnur Həsənovdur. O, "Alik" ləqəbi ilə tanınıb. Elnur Həsənov peşəkar hərbçi olub, Vətən Müharibəsi zamanı Qarabağda döyüşüb, snayper dəstəsinin rəhbəri olub.

Elnur Həsənovun yaxınlarının sosial şəbəkələrdə yaydığı məlumata görə, onun iki övladı var, həyat yoldaşı hamilə imiş.

Elnur Rusiyanın Ukraynaya hücumunun ilk günlərindən mübarizə qoşulub.

"O, əsl kişi, döyüşçü, təlimçi, savadlı, parlaq insan idi. Xarkovu qorumağa getməyi planlaşdırırdı. O, deyərdi ki, hər bir kişi hansı ölkə baş verməsindən asılı olmayaraq, şərə qarşı mübarizəyə başlamlıdır", - deyə döyüş yoldaşları Elnur barədə bildirib.

Məlumatda qeyd olunur ki, Elnur İrpendə düşmən mövqelərində kəşfiyyat işləri apararkən minaatanlardan açılan atəş nəticəsində həlak olub.

Milli.Az


Etiketlər:  Ukraynada dəfndə himnimizi səsləndirilən hərbçinin adı açıqlandı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ