Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Aprel 2022 20:54
Bakının Lökbatan qəsəbəsində avtomobillərin sürətlə hərəkət etdiyi yolda piyada keçidinin olmaması sakinləri təhlükə ilə üz-üzə qoyub. Yolun qarşı tərəfinə keçmək üçün piyadalar dəqiqələrlə gözləməli olurlar.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, ətrafda yaşayan sakinlərin avtobusa rahat minib-düşməsi üçün Lökbatan dairəsindən qəsəbə istiqamətində yolun hər iki tərəfində dayanacaq qoyulub. Amma piyadaların yolun əks tərəfinə rahat keçməsi üçün zolaq çəkilməyib. Ona görə də sakinlər yolu keçməkdə əziyyət çəkdiklərini deyirlər.
Sözügedən ərazidə yolda piyada zolağı və keçid nişanı olmadığından avtomobillər sürətlə hərəkət edir.
Sakinlər mövcud vəziyyətlə bağlı Bakı Nəqliyyat Agentliyinə dəfələrlə müraciət etdiklərini deyirlər.
Bakı Nəqliyyat Agentliyinin mətbuat xitmətinin rəhbəri Mais Ağayev ''Xəzər Xəbər''ə bildirib ki, məsələdən xəbərdardırlar. Onun sözlərinə görə, yaxın günlərdə həmin ərazidə piyada zolağı çəkiləcək və müvafiq nişanlar oyulacaq.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: