Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Aprel 2022 21:10
Böyük Britaniya Ukraynaya 100 milyon funt-sterlinq (130 milyon dollar) dəyərində müasir silah və hərbi texnikanın yeni partiyasını göndərəcək.
Sonxeber.net "report"-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Boris Conson Londonda Almaniya kansleri Olaf Şoltsla birgə mətbuat konfransında bildirib.
Partiyaya yüksək səviyyəli silahlar, o cümlədən səsdən üç qat sürətlə hərəkət edən "Starstreak" zenit raketləri, 800 tank əleyhinə raket və səmada uça bilən, işarələnməyi gözləyən dəqiq idarə olunan döyüş sursatları daxildir.
Ukrayna hərbçiləri, həmçinin Böyük Britaniyadan bədən zirehləri, dəbilqələr və gecəgörmə eynəkləri alacaqlar.