Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Aprel 2022 09:00
İran və Azərbaycan arasında yüklərin daşınması üçün çox əlverişli tranzit şəraiti mövcuddur ki, bu da məhsulların ixrac xərclərini minimuma endirə bilər.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bunu İran parlamentinin xarici siyasət və təhlükəsizlik komissiyasının üzvü Yəqub Rzazadə Azərbaycan Prezidenti İlham Əliyevin İranla yeni iqtisadi əlaqələrə dair fərmanını şərh edərkən deyib.
O bildirib ki, İranın 13-cü hökumətinin 15 qonşu ölkə, xüsusilə də Azərbaycanla əlaqələrin inkişaf etdirməsi parlaq gələcək vəd edir.
Azərbaycan Respublikasının İranın Qərbi və Şərqi Azərbaycan əyalətləri ilə həmsərhəd olduğunu qeyd edən Rzazadə bildirib ki, iki ölkə arasında mədəni bağlılıq mövcuddur. Bu da hər iki ölkənin məsul şəxslərinin əlaqələri inkişaf etdirmək üçün daha çox səy göstərmələrini zəruri edir.
"İki ölkənin sərhəd bazarlarının təşkili əlaqələrin inkişafı üçün geniş imkan yaradar. Bu məsələyə diqqət yetirilməlidir" - deyə Rzazadə vurğulayıb.