Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Amerikalı alimlər mamontları diriltmək niyyətindədirlər

Amerikalı alimlər mamontları diriltmək niyyətindədirlər

Tarix: 9 Aprel 2022 09:38

Günümüzdə mamontları yalnız skeletlər halında və ya muzeylərdə müqəvvalar kimi görmək mümkündür.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, arxeoloqlar planetin nəsli kəsilmiş bu sakinlərinin necə olduqlarını göstərmək və izah etmək üçün skelet və müqəvvaları sümüklərdən ərsəyə gətiriblər. Alimlər isə hələ də onları canlandıra biləcəklərinə ümid edirlər.

"Biz birinci olacağıq", - deyə Amerikanın "Colossal" şirkətinin biogenetiki Ben Lamm əminliklə bildirib.

O əlavə edib ki, apardıqları təcrübələr qlobal istiləşmə və nadir heyvan növlərinin nəslinin kəsilməsi ilə mübarizədə kömək edə bilər.

Lamm altı mamontun canlandırılması üçün iddialı təkliflər irəli sürən layihə üzrə 15 milyon dollar toplayan Amerika startapına rəhbərlik edir. Alimlər Harvard Tibb Məktəbinin tədqiqatçıları ilə birlikdə çalışacaqlar.

"Dirildəcəyimiz ilk mamont fil ölçüsündə olacaq. Düşünürəm ki, yarım əsrdən sonra onların sayı o qədər çox olacaq ki, Arktikada tarixdən əvvəlki təbiəti yenidən yaratmaq mümkün olacaq", - deyə Lamm fikrini izah edib.

Məqsədlərinə çatmaq üçün alimlər genlərin redaktəsi texnologiyalarından istifadə etmək və Asiya filinin DNT-sinə permafrostda (donmuş yeraltı qat) tapılan bu heyvanların arasından götürülmüş mamontun DNT-sini əlavə etmək niyyətindədirlər.

Mamont və Asiya filinin DNT-ləri 99% uyğunluq təşkil edir ki, bu da elm adamlarına bu işdə uğur qazanacaqları ilə bağlı əminlik verir.

Milli.Az


Etiketlər:  Amerikalı alimlər mamontları diriltmək niyyətindədirlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ