Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Orban Zelenskidən Buçadakı qətliama dair sübut tələb etdi

Orban Zelenskidən Buçadakı qətliama dair sübut tələb etdi

Tarix: 9 Aprel 2022 16:42

Prezident Vladimir Zelenski təsdiqləyib ki, Avropa hökumətlərindən birinin rəhbəri Ukraynadan Rusiyanın Buçadakı qırğınlarına dair sübut tələb edib.

Milli.Az UNİAN-a istinadən bildirir ki, bu barədə "Bild" Zelenskinin müsahibəsinə istinadən yazır.

"Zelenskinin son günlərdə eşitdiyi ən pis şey? Aparıcı AB siyasətçisi Ukrayna prezidentindən Buçadakı hərbi cinayətlərin səhnələşdirilmədiyinə dair sübut istədi! Başqa cür ritorika Kremldən gəlir. "Bild" müxbiri Ronshaymerin bu siyasətçinin Avropa hökumətlərin birinin sədri olub-olmadığı barədə sualına Zelenski aydın cavab verdi: Bəli", - qəzet yazır.

Lakin Zelenski siyasətçinin adını çəkməkdən imtina edib və o, ona deyib: "Bizə bunun tamaşa olmadığına dair sübut göstərin".

Eyni zamanda, "Avropa həqiqətləri"nin mənbələrinə görə, söhbət Macarıstanın baş naziri Viktor Orbandan gedir.

Orbanın sübut tələbini harada səsləndirdiyi bəlli deyil. Çünki "EP"-ə görə, Buça qətliamından sonra rəsmi Budapeştlə Ukrayna tərəfi arasında əlaqə olmayıb.

Aslan Məmmədov
Milli.Az


Etiketlər:  Orban Zelenskidən Buçadakı qətliama dair sübut tələb etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ