Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

MOİK çempionluq şansını itirdi

MOİK çempionluq şansını itirdi

Tarix: 9 Aprel 2022 19:26

Kişi voleybolçular arasında Yüksək Liqada IV dövrə start götürüb.

Milli.Az apasport.az-a istinadən bildirir ki, XVI turun iki matçı baş tutub.

Hər iki qarşılaşma "Murov" Voleybol Klubunun idman zalında təşkil olunub. Öncə meydana mükafatlar uğrunda mübarizə aparan "Neftçi" və MOİK çıxıb.

5 set davam edən qarşılaşmanın tay-brekində "neftçilər" sevinib. "Hərbçilər" bu məğlubiyyətlə  çempionluq şansını rəsmən itirib. 

Günə liderin matçı ilə yekun vurulub. "Murov" "Ekspress"lə qarşılaşmada asanlıqla qalib gəlib. Üç xalı üç setdə qazanan lider "Neftçi" ilə fərqi 5 xala çatdırıb.

Qeyd edək ki, bu turda "Sərhədçi" istirahət edib.

Yüksək Liqa
XVI tur
9 aprel
15:00. "Neftçi" - MOİK - 3:2 (23:25, 25:21, 25:22, 22:25, 15:9)

"Murov" Voleybol Klubunun idman zalı

17:00. "Ekspress" - "Murov" - 0:3 (12:25, 22:25, 14:25)
"Murov" Voleybol Klubunun idman zalı

1

Murov

13

12

1

37-7

1083-805

35

2

Neftçi

13

10

3

33-13

1087-862

30

3

MOİK

13

7

6

25-20

1003-950

22

4

Ekspress

13

2

11

7-33

698-967

6

5

Sərhədçi

12

1

11

5-34

685-973

3

Milli.Az


Etiketlər:  MOİK çempionluq şansını itirdi


RƏYLƏR