Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Aprel 2022 19:28
"Maraqli oyun alındı".
Bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov deyb.
40 yaşlı mütəxəssis Premyer Liqanın "Sabah"la qarşılaşması barədə fikirlərini oyundan sonra "CBC Sport"a açıqlayıb: "İkinci hissənin sönük keçəcəyini gözləyir, daha sürətli oynamağı düşünürdük. Rəqibə imkan verməməyə çalışdıq. Amma təəssüf ki, standart vəziyyətdən qol buraxdıq. Futbolçulardan narazı qala bilmərəm. Rəqib səhvlərimizdən çox amansız istifadə etdi. Buraxdığımız səhvlərdən dərhal istifadə etdilər. Oyuna yaraşmayan səhvlər idi. Belədə qələbə qazanmaq müşkülə çevrildi".
Sadıqov bu nəticədən sonra əsas hədəfdən də danışıb: "Bizim üçün əsas hədəf avrokuboka düşməkdir. 3-cü yerdəyik. Çempionat boyu xal itkiləri olacaq. Bu gün qələbə qazansaydıq, 2-3-cü yerlər uğrunda mübarizəni düşünərdik. İndi isə əsas avrokuboklar üçün mübarizə aparacağıq".
Qeyd edək ki, "Zirə" səfər görüşündə 1:3 hesabı ilə uduzub.