Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulu BAŞA ÇATIB

Müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulu BAŞA ÇATIB

Tarix: 12 Sentyabr 2019 12:40

Bakı. İlhamə İsabalayeva - Trend:

2019-2020-ci tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulu başa çatıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, müddətli müqavilə ilə müəllimlərin işə qəbulu prosesinə builki və ötənilki müsabiqədə iştirak etmiş namizədlər qatılıblar. Ümumilikdə 8 938 namizəd elektron sənəd qəbulunda iştirak edib. Onlardan 8756 namizəd vakansiya seçimi etdikdən sonra elektron ərizəsini təsdiqləyib.

Elektron yerləşdirmənin nəticələri barədə məlumat sentyabrın 12-də namizədlərin şəxsi səhifələrinə göndəriləcək.


Etiketlər:  Müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulu BAŞA ÇATIB


RƏYLƏR