Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İraqda qum fırtınası nəticəsində 717 nəfər xəstəxanaya yerləşdirilib

İraqda qum fırtınası nəticəsində 717 nəfər xəstəxanaya yerləşdirilib

Tarix: 10 Aprel 2022 16:08

İraqda ötən cümə axşamından bu günə kimi ölkənin şimalında tüğyan edən qum fırtınası yüzlərlə insan xəstəxanalara yerləşdirilib.

Bu barədə Milli.Az "Report"a istinadən xəbər verir.

Qeyd edilir ki, şimaldakı Kərkük şəhərində nəfəs darlığı səbəbindən xəstəxanaya ümumilikdə 622, Süleymaniyyə şəhərində isə 95 nəfər xəstəxanaya yerləşdirilib.

Digər tərəfdən, İraq hökumətinin meteoroloqlara hava proqnozu verməyi qadağan edib. İraqın aparıcı meteoroloqlarından Sadik Atiye sosial media hesabında verdiyi açıqlamada hökumətin ona hava proqnozları ilə bağlı proqnoz verməsini qadağan etdiyini bildirib. Qadağanın ölkənin xeyrinə olmadığını deyən meteoroloq İraqın ağır hava şəraiti altında olduğu bu dövrdə verilən qərarın vəziyyəti daha da pisləşdirəcəyi ilə bağlı xəbərdarlıq edib.

Milli.Az


Etiketlər:  İraqda fırtınası nəticəsində nəfər xəstəxanaya yerləşdirilib


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ