Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Aprel 2022 18:14
Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir STM Müdafiə Texnologiyaları Mühəndislik və Ticarət A.Ş. tərəfindən istehsal edilən sistemin görüntüləri ilə yanaşı, onların çatdırılma prosesi haqqında məlumat verib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, İsmayıl Dəmir bu məlumatı Twitter hesabında paylaşıb.
İsmayıl Dəmir bildirib: "KARGU tədarüklərinə davam edirik. "Əməliyyat sahəsində təhlükəsizlik güclərimizin əlini gücləndirən KARGU-nun Türkiyə Silahlı Qüvvələrinə yeni tədarüklərini etdik. Xeyirli olsun!"
"Kamikadze İHA" kimi tanınan KARGU-nun üstün xüsusiyyətlərinə diqqət çəkən videoda bu sistemin artan vəzifə müddəti, artan missiya hündürlüyü, aşağı səs səviyyəsi ilə sürətli, çevik, ağıllı və güclü olduğu qeyd edilib.