Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dünya reytinqi: "Qarabağ" 2 pillə irəliləyib, "Neftçi" geriləyib

Dünya reytinqi:

Tarix: 10 Aprel 2022 20:26

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

300 komandanın yer aldığı siyahıda Azərbaycan təmsilçilərindən "Qarabağ" və "Neftçi" də var.

Aktivində 129 xalı olan "köhlən atlar" ötən ayla müqayisədə 2 pillə irəliləyərək, 106-cı yerə yüksəliblər. Niderlandın "Vitess", Argentinanın "Veles Sarsfild" və Ekvadorun "LDU Kito" klubları da eyni xala malikdir.

"Ağ-qaralar" isə 81,5 xalla 106-cı yerdən 107-ci sıraya geriləyib. Tunisin "Sfaksyen", Kot d İvuarın "ASES Mimozas" və ABŞ-ın "Filadelfiya Yunion" komandalarının da eyni xalı var.

Siyahıya 312 xalla İngiltərənin "Çelsi" klubu başçılıq edir. Braziliya "Palmeyras"ı (288) ikinci, "Atletiko Mineyro" (285) isə üçüncüdür.

Qeyd edək ki, IFFHS-in reytinq siyahısında əvvəllər 200 klub yer alıb.

Milli.Az


Etiketlər:  Dünya reytinqi Qarabağ 2 pillə irəliləyib Neftçi geriləyib


RƏYLƏR