Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda 80 yaşlı kişinin əl-qolunu bağlayıb, evini taladılar

Bakıda 80 yaşlı kişinin əl-qolunu bağlayıb, evini taladılar

Tarix: 11 Aprel 2022 11:02

DİN-in "102 - Zəng Mərkəzi"nə aprelin 10-da saat 2 radələrində Biləcəri qəsəbəsində yaşayan 80 yaşlı N.Əlimuradovun yaşadığı evə girən 2 nəfərin onun əllərini iplə bağlayıb 260 manat pulunu və ərzaq mallarını talamaları barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən əvvəllər oğurluğa görə məhkum olunmuşlar - Kürdəmir rayon sakini İkram Məmmədov və Yevlax rayon sakini Tarıyel Vəliyev müəyyən edilərək saxlanılıb.

Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Bakıda 80 yaşlı kişinin əl qolunu bağlayıb evini taladılar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ