Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ürək çatışmazlığını səhvsiz müəyyənləşdirən neyroşəbəkə yaradılıb

Ürək çatışmazlığını səhvsiz müəyyənləşdirən neyroşəbəkə yaradılıb

Tarix: 12 Sentyabr 2019 14:04

Beynəlxalq alimlər qrupu ürək çatışmazlığını müəyyənləşdirən yeni neyron şəbəkə hazırlayıb. Yüksək dəqiqliklə işləyən neyroşəbəkə bu problemi elektrokardioqram nəticəsinə görə diaqnozlaşdıra bilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “DNI24” resursuna istinadən yazır ki, məlumata görə, belə göstərici inanılmaz görünsə də, aparılmış tədqiqatlar bunu təsdiq edir – neyroşəbəkənin işinin dəqiqliyi 100 faiz təşkil edir. Onun yaradılması üçün Böyük Britaniya və İtaliya alimləri tərəfindən bu istiqamət üzrə əvvəlki texnologiyalardan istifadə olunub, lakin yeni məhsul sıfırdan hazırlanıb. Bu, əvvəlki texnologiyalarla bağlı problemləri aradan qaldırmağa və dəqiqliyə nail olmağa imkan verib. Bunun üçün alimlər təkrarlanan şablonları yaxşı yadda saxlamağa və mövcud olan məlumatları strukturlaşdırmağa imkan verən iyerarxik strukturlu neyroşəbəkədən istifadə ediblər. Onun öyrədilməsi məqsədilə müxtəlif insanların elektrokardioqram məlumatlarından istifadə olunub.

 

Bildirilir ki, yeni texnologiya inkişaf edən ürək çatışmazlığının mövcudluğunu bir ürək döyüntüsünə görə müəyyənləşdirə bilir. Bundan başqa, neyroşəbəkə xəstəliyin inkişaf dərəcəsini müəyyənləşdirmək xüsusiyyətinə malikdir. Bu, həkimlərə əvvəlcədən dəqiq diaqnoz qoymağa, eləcə də inkişaf edən xəstəliyin nə vaxt daha ciddi formaya keçəcəyini başa düşməyə kömək edəcək.

 

Xatırladaq ki, dünyada ürək çatışmazlığından əziyyət çəkən insanların ümumi sayı 26 milyon təşkil edir. Vaxtında qoyulan diaqnoz çoxlu insan həyatını xilas etməyə yardım edə bilər.

 

Nizam Nuriyev




Etiketlər:  Ürək çatışmazlığını səhvsiz müəyyənləşdirən neyroşəbəkə yaradılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ