Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Aprel 2022 13:12
Mal-qara bazarında həm alıcı, həm də satıcı çoxdur. Amma onlar qiymətlə bağlı heç cür razılığa gələ bilmirlər.
Alıcıların sözlərinə görə, bazarda qiymətlər artıb.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, Qazax rayonunun heyvanın bazarında kiloqramı 10 manata satılan qoç əti indi 12-13 manatadır.
Alıcılar isə mövcud qiymət artımını satıcıların fürsətdən istifadəsi kimi dəyərləndirirlər. Bir neçə həftə əvvəl satışa 160-180 manata çıxarılan qoç və ya quzu indi 200 manata təklif edilir. İribuynuzlu heyvanlar isə ətlik və ya südlük göstəricilərinə, çəkilərinə görə qiymətləndirilir.
Ağdaş rayonunda olan heyvan bazarında da oxşar mənzərə var. Satan çox alan az. Satıcılar müştəri axtarır, alıcılar isə daha da ucuz almağa çalışır. Bazara çıxarılan heyvanların qiymətlərində artım var. Səbəb isə iri və xirda buynuzlulara tələbatın artaması və yem bitkilərinin baha olması göstərilir. Bazarda 120-150 manata balası ilə birgə satılan qoyun hazırda 155-170 manatadır.
Alıcılar isə qiymətlərin baha olmasına görə bazarın sonunu gözləyir.
Bazarlarda mənzərə fərqli olsa da, ətin qiymətində heç bir dəyişiklik olmayıb. Mal ətinin 1 kq-ı 11, quzu ətinin 1 kq-ı 12-13 manatadır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: