Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Aprel 2022 13:38
Sağlamlığı üçün əməliyyat olundu, ancaq vəziyyəti daha da ağırlaşdı. Hətta daxili orqanı kəsilsə də, 1ildən çoxdur ki, sağlamlığına qovuşa bilmir.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, belə hadisə Kürdəmir rayonu, Sığırli kənd sakini 41 yaşlı Ceyran Günəşovanın başına gəlib.
O, 2020-ci ilin oktyabr ayında qarın boşluğunda olan kəskin sancılarla rayon ərazisində olan "AS" özəl kilinikasına müraciət edib.
Xəstənin sözlərinə görə, müayinə zamanı ona odündə kristallaşma və öd daşı əmələ gəldiyi üçün dərhal əməliyyat olunması deyilib.
Dediyinə görə, o, klinikanın baş həkimi Ağamir Ağayev tərəfindən əməliyyat olunub. Qadın iddia edir ki, elə həmin vaxtdan bədənində ağrılar daha da artıb.
Ceyran Günəşovanın sözlərinə görə, halsızlıq, ürək bulanma və bədəndə qaşınmalar olub. Ona görə də yenidən həmin kilinikaya müraciət edib. Lakin həkim müayinədən imtina edib. Çarəsiz qalan Ceyran Günəşova paytaxdakı kilinikaların birində yenidən əməliyyat olunub.
Məsələ ilə bağlı Kürdəmir şəhər ərazisində yerləşən "AS" kilinikasında olduq. Kilinikanın rəhbəri və həkim-cərrahı Ağamir Ayağevi yerində tapa bilməsək də onunla əlaqə saxladıq.
O, şifahi olaraq bütün bu olanları yalan və böhtan adlandırdı. Bu məsələ ilə bağlı onu narahat etməməyimizi bildirdi.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən isə "Xəzər Xəbər"ə bildirilib ki, "Özəl tibb fəaliyyəti haqqında" qanunun 13-cü maddəsinə əsasən, özəl tibb müəssisələrində xəstələrə göstərilən tibb xidmətlərinin tarifləri tibb müəssisələri ilə xəstələr arasında razılaşma yolu ilə müəyyənləşdirilir. Tibbi yardım göstərilməsi tərəflər arasında bağlanmış müqavilənin şərtləri ilə tənzimlənir. Qeyd olunan məsələ mülki xarakterli hüquq münasibətinə aid edildiyindən mübahisənin həlli ilə bağlı vətəndaş məhkəməyə müraciət etmək hüququndan istifadə edə bilər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: