Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Aprel 2022 18:50
"Barselona"nın parlamaqda olan yarımmüdafiəçisi Pedri Qonsalesin reklam holdinqlərinin siyahısında da son dərəcə populyar olduğu üzə çıxıb.
Belə ki, 2022-ci ilin təkcə üç ayında 19 yaşlı yarımmüdafiəçi sponsorlardan 80-ə qədər təklif alıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, diqqət çəkən digər məqam isə Pedriyə daha çox Çin və Yaponiyanın reklam şirkətlərinin maraq göstərməsidir.
Mənbə həmçinin yazır ki, Pedri təkcə sponsorla deyil, həm də azarkeşlər arasında məşhurdur.
Belə ki, hazırda "Barselona"nın ən çox satılan formaları Pedri və Qavinin formalarıdır.