Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kərim Benzema “Qızıl top”u qazanmağa ən real namizəddir

Kərim Benzema “Qızıl top”u qazanmağa ən real namizəddir

Tarix: 12 Aprel 2022 09:10

Fransız hücumçu Kərim Benzema "Qızıl top"a namizəd olan futbolçular arasında liderdir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, reytinqin əvvəlki versiyasında "Real"ın (Madrid) hücumçusu "Bavariya"nın forvardı Robert Levandovskidən bir pillə aşağıda - 2-ci yerdə qərarlaşmışdı.

Qeyd edək ki, ilk 20-liyə nə PSJ-nin hücumçusu Lionel Messi, nə də "Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldo daxil edilib.

"Qızıl top"u qazanmağa namizəd olan futbolçuların reytinqi isə bu ardıcıllıqla gəlir:

1. Kərim Benzema - "Real" (Madrid)

2. Robert Levandovski - "Bavariya" (Münhen)

3. Məhəmməd Salah - "Liverpul"

4. Kilian Mbappe - PSJ

5. Luka Modriç - "Real" (Madrid)

Milli.Az


Etiketlər:  Kərim Benzema Qızıl topu qazanmağa ən real namizəddir


RƏYLƏR