Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Aprel 2022 17:50
Əməkdar memar Afis (Hafiz) Əmirxanov ölkədən çıxışına "stop" qoyması ilə bağlı məlumatlara münasibət bildirib.
Sonxeber.net xəbər verir ki, A.Əmirxanov "qafqazinfo"ya açıqlamasında qeyd edib ki, Bakı Kommersiya Məhkəməsinin qərarı vaxtilə rəhbəri olduğu firmaya görə verilib:
"Ortada yanlış anlaşılma var. Mən həmin firmanı çoxdan bağlamışam. Borcları da çoxdan ödəmişəm. Hazırda müəllimlik fəaliyyəti ilə məşğulam və heç bir firmaya rəhbərlik etmirəm. Ona görə də Dövlət Vergi Xidməti tərəfindən mənə hesablanan borc əsassızdır. Bakı Kommersiya Məhkəməsinin qərarını da düzgün hesab etmirəm.
Ortadakı yanlış anlaşılmanın aradan qaldırılması üçün müvafiq qurumlara müraciət edəcəyəm".
Qeyd edək ki, əməkdar memarın rəhbəri olduğu firmanın Dövlət Sosial Müdafiə Fonduna olan borcları ödənilmədiyi üçün məhkəmədə iddia qaldırılmışdı.
Afis Əmirxanov əməkdar memar, eyni zamanda Prezident təqaüdçüsüdür. O, vaxtilə Memarlar İttifaqının I vitse-prezidenti olub.