Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Aprel 2022 13:35
Teleaparıcı Xoşqədəm Hidayətqızının səhhətində problem yaranıb.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, o, bu barədə təqdim etdiyi "Səni axtarıram" verilişində danışıb. X.Hidayətqızı proqramda baş verən hadisələrə görə gecə yata bilmədiyini, stress keçirdiyini, səsinin batdığını bildirib:
"Bu, bir az minnət kimi çıxacaq, amma vicdanını itirmişlərin, əməyi heç edənlərin addımları səsimi tutub. Stressdən səsim tutulub. Mən jurnalistəm, öncədən demək olmaz, susuram. Bu da səhhətimə təsir edir. Bu qədər müalicələr etsəm də, hələ səsim açılmır. Sizə tam səmimi deyirəm ki, buradakı hadisələrin nəticəsidir.
Çox təəssüf ki, vaxtından əvvəl heç nəyi açıqlaya bilmirəm. Gecələr yata bilmirəm, stress məni bu hala salıb. Bura gələn hər kəsdən xahiş edirəm ki, əgər milyonların qarşısına çıxmağa qərar vermisinizsə, bilin ki, bu studiyada siz olanda milyonlar baxır. Yalanınızı bilən insanlar var, ən azı onları aldatmayın".