Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiya hərbçiləri Ukrayna ordusunun daha 700-ə yaxın obyektini vurub

Rusiya hərbçiləri Ukrayna ordusunun daha 700-ə yaxın obyektini vurub

Tarix: 13 Aprel 2022 13:56

Rusiya hərbçiləri Ukrayna ordusunun daha 700-ə yaxın obyektini vurub.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.

"Raket qüvvələri və artilleriya düşmənin 693 hədəfini, o cümlədən 676 canlı qüvvə və texnikanın cəmləşdiyi ərazini, 11 komanda məntəqəsini, 5 maddi-texniki təchizat anbarını vurub", - Rusiya MN sözçüsü vurğulayıb.

Konaşenkov Rusiya Hava Kosmik Qüvvələrinin operativ-taktiki aviasiyasının Ukraynanın 46 hərbi obyektini vurduğunu vurğulayıb.

Milli.Az


Etiketlər:  Rusiya hərbçiləri Ukrayna ordusunun daha 700 ə yaxın obyektini vurub


RƏYLƏR