Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda 700 ailənin məskunlaşdığı yaşayış kompleksində bankomat yoxdur - VİDEO

Bakıda 700 ailənin məskunlaşdığı yaşayış kompleksində bankomat yoxdur - VİDEO

Tarix: 13 Aprel 2022 20:02

Bakıda 400-ə yaxın şəhid ailəsi və Qarabağ qazisinin yaşadığı böyük kompleksdə bankomat yoxdur. Buna görə də sakinlər təqaüdlərini və sosial müavinətlərini almaq üçün 5-6 kilometr məsafə getmək məcburiyyətində qalırlar.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisindəki 400-ə yaxın şəhid ailəsi və qazinin yaşadığı kompleksdən gedir.

Sakinlər deyirlər ki, həmin şəhərcikdə digər vətəndaşları da nəzərə alsaq, ümumilikdə 700 ailə məskunlaşıb.

Əlacsız qaldıqlarından əlilliyi olan şəxslər pensiya və ya sosial müavinətlərini almaq üçün kompleksdə yaşayan digər şəxslərdən xahiş edirlər ki, şəhər mərkəzinə gedərkən pulu bankomatdan çıxarsınlar. Sakinlər deyirlər ki, üzləşdikləri problemlə əlaqədar dəfələrlə banklara da müraciət ediblər.

Məsələ ilə bağlı pensiya və sosial müavinətlərin verilməsini həyata keçirən "Kapital Bank" və  "Azərbaycan Beynəlxalq Bankı"na müraciət etdik. "Kapital Bank" İctimayətlə əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov bildirdi ki, sakinlərin bu problemi araşdırılacaq.

"Azərbaycan Beynəlxalq Bankı"nın mətbuat katibi Yadigar Cəfərli isə ''Xəzər Xəbər''ə dedi ki, həmin sakinlərlə əlaqə yaradılacaq və müraciətləri araşdırılacaq. Sözügedən ərazidə bankomatın quraşdırılması üçün lazımi tədbirlər görüləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Bakıda ailənin məskunlaşdığı yaşayış kompleksində bankomat yoxdur VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ