Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Aprel 2022 12:33
Almaniyanın Müdafiə Nazirliyinin Hərbi Planlanlaşdırma, Tədarük və Təminat İdarəsi ölkənin silahlı qüvvələrinin Türkiyə istehsalı olan "Bayraktar TB-2" PUA-ları ilə təmin olunmasını məqsədəuyğun sayır.
Sonxeber.net Bild-ə istinadən bildirir ki, hərbi ekspertlər Müdafiə Nazirliyinin rəhbərliyini İsrail istehsalı olan "Heron-TP" döyüş PUA-ları almaqdan vaz keçərək "Bayraktar TB-2"ni seçməyi məsləhət görüblər.
Ekspertlərin fikrincə, "Bayraktar" hazırda dünyada öz sinfində ən yaxşı döyüş PUA-sıdır. Üstəlik, "Heron-TP" ilə müqayisədə "Bayraktar TB-2"ni radilokasiya vasitələri ilə aşkarlamaq daha çətindir.
İlkin məlumatlara görə, Almaniya Türkiyədən 60 "Bayraktar" ala bilər.