Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Aprel 2022 23:06
"Oruc tutan zaman uzun müddət ac qalıb, axşam çox qidalandıqda həzm sistemi narahat olur. Bu zaman köp, epiqastral ağrılar yaranır".
Medicina.az xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin həkim-terapevti Jalə İbrahimova deyib.
Onun sözlərinə görə, bu səbəbdən yatmazdan iki saat əvvəl qida qəbulunu dayandırmaq lazımdır.
"Bundan əlavə, məktəblilərə, ali məktəbə hazırlaşanlara, zehni fəaliyyətlə məşğul olanlara oruc tutmaq məsləhət görülmür. Çünki uzun müddət ac və susuz qalmaq zehni fəaliyyətə mənfi təsir göstərir", - terapevt qeyd edib.
Ramazan.Sonxeber.net