Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Aprel 2022 14:42
Federal mərkəz hələ də Ukraynadan hücumlardan sonra obyektlərin bərpası üçün Belqorod və Bryansk vilayətlərindən kömək istəyi almayıb.
Sonxeber.net TASS-a istinadən bildirir ki, bunu jurnalistlərə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitriy Peskov deyib.
"Mən bildiyimə görə, bu məsələ ilə bağlı rayonlardan heç bir müraciət olmayıb. Doğrudan da, dəymiş ziyan var, amma bunlar elə də ciddi ziyan deyil. Ona görə də rayonların güc və vasitələri yəqin ki, bütün lazımi tədbirləri görməyə kifayət edir", - Kreml sözçüsü bildirib.
Aslan Məmmədov