Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusların gəlişindən sonra yoxa çıxan 23 yaşlı qızın cəsədi tapıldı - Təcavüz ediblər, dırnaqları çıxarılıb...

Rusların gəlişindən sonra yoxa çıxan 23 yaşlı qızın cəsədi tapıldı - Təcavüz ediblər, dırnaqları çıxarılıb...

Tarix: 15 Aprel 2022 20:20

Rus ordusunun geri çəkilməsi ilə Buçadakı vəhşiliklərin üzə çıxması fonunda 23 yaşlı Karina Yerşovanın taleyinə aydınlıq gətirilib.

Sonxeber.net sfera.az-a istinadən bildirir ki, bu barədə "Telegraph" qəzetində məlumat dərc olunub. Yazıya əsasən,  Rusiya işğalı zamanı yoxa çıxan və həftələrlə axtarılan qadının cansız cəsədi tapılıb. Gənc qadının bədənində işgəncə və zorlama izlərinin olduğu açıqlanıb. Xəbərdə Yerşovanın bir dırnağından başqa hamısının çıxarıldığı barədə məlumatlar yer alıb.

Qəzetə danışan Yerşovanın atası "Yaxın məsafədən vuruldu. Başının az qala yarısı yox idi. Sanki döyüşmək istəyirdi", - deyə söyləyib. 

O, həmçinin qızının başına gətirilənlər barədə bunları deyib: "Biz onun bədəninin aşağı hissəsini görmədik, yalnız yuxarı hissəsini gördük. Ancaq gördüklərimiz bizdə onun bədəninin qalan hissəsi ilə nə baş verə biləcəyi barədə dəhşətli fikir yaratdı". 
Eyni xəbərə görə, Yerşovanın dəfn mərasimində ana Olena yeganə qızını son dəfə görmək üçün tabutu açmağa çalışsa da, əri Andri parçalanmış qalıqları görməmək üçün onu uzaqlaşdırıb.

Digər tərəfdən, işğalçı qoşunların ukraynalı qadınlara qarşı təcavüzdən müharibə vasitəsi kimi istifadə etdiyi bildirilib. Britaniyanın "Guardian" qəzetinin
"Ukraynada geniş miqyasda cinsi zorakılıq yaranır" başlıqlı xəbəri bölgədə baş verənləri açıqlayıb. "Ukraynanın hər yerində qadınlar təcavüz təhlükəsi ilə mübarizə aparır" deyilən məlumatda, geri çəkilmiş Rusiya qoşunlarından geri alınan ərazilərdən cinsi zorakılığa dair sübutların tapıldığı vurğulanıb.

Qeyd edək ki,  Ukraynanın baş prokuroru İrina Venicetova ötən həftələrdə ölkədə zorlama faktı ilə bağlı ilk rəsmi istintaqa başlandığını demişdi.


Etiketlər:  Rusların gəlişindən sonra yoxa çıxan yaşlı qızın cəsədi tapıldı Təcavüz ediblər dırnaqları çıxarılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ